Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə abadlıq işləri müntəzəm olaraq davam edir.

26 avqust 2020 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, şəhərdə görülən abadlıq işləri davam edir. Belə ki, MKTİB-in əməkdaşları tərəfindən park və xiyabanlarda, küçə və prospektlərdə mütamadi olaraq təmizlik və mövsumi yaşıllaşdırma işləri görülür.

Bu gün də şəhərin müxtəlif ərazilərində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, əkilən güllərin alağı təmizlənib, suvarılıb, parklar quru ot və alaqlardan təmizlənib, ərazidə olan çəmənliklərə gübrə verilib. Eyni zamanda ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib. Əraziyə gül tingləri, dibçək gülləri və dekorativ ağaclar əkilib.  

Qeyd edək ki, şəhərin yaşıllaşdırılması üçün becərilən bu bitkilər Mənzil Kommunal Təsərrüfatı İstehsalat  Birliyinin yaşıllaşdırma şöbəsinin bağçılıq təsərrüfatında  yetişdirilir. 

Xatırladaq ki, bu yöndə aparılan işlər davam etməkdədir.

Keçidlər