Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Günümüzün qəhrəmanları!

07 sentyabr 2020 | 16:00

Gəncədə Niyazi Bayramovun tapşırığına əsasən,  abadlıq quruculuq işləri  geniş vüsət alıb. Şəhərdə demək olar ki, hər gün təmizlik işləri aparılır, park və xiyabanlarda qurumuş ağaclar budanır, yaşıllıqlar salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, səkilər, yollar məişət tullantılarınnan təmizlənir. Eyni zamanda  COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün hər gün dezinfeksiya işləri görülür. Yuxarıda sadalanan bütün işlər Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyininn əməkdaşları tərəfindən aparılır. Onlar artıq günümüzün qəhrəmanlarına çeviriliblər. Çünki dayanmadan,  gecə və gündüz, növbəli şəkildə şəhərimizin təmizliyinin keşiyini çəkirlər.

Onu da bildirək ki, Gəncənin bütün ərazilərində, istər qəsəbələrində, istər rayonlarında, istərsə də mərkəzində, hər addım başı məişət tullantıları üçün konteynerlər yerləşdirilib. Lakin buna baxmayaraq əksər sakinlər məsuliyyətsizlik  edərək məişət tullantılarını konteynerlərin içinə deyil yanına atırlar. Bu isə həm şəhərin görkəminə xələl yetirir, həm də kommunal işçilərinin işini artırır. Bu günlərdə şəhərin Şıxzamanlı qəsəbəsi adlandırlıan ərazisində geniş miqyaslı iməcilik işləri aparılıb. Ərazinin təmizlənməsi üçün MKTİB-nin canlı və texniki qüvvəsi cəlb olunub.

 Gəncə Şəhər İcra Hakimiyyəti olaraq sakinləri məsuliyyətli olmağa çağırırıq və şəhərimizin təmiz saxlanılmasını xahiş edirik. Bildiririk ki, görülən bütün işlərin əsasında vətəndaşlarımızın rifahı və rahatlığı dayanır.

Keçidlər