Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları maarifləndirmə tədbirlərini davam etdirirlər

09 sentyabr 2020 | 16:00

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yenidən geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq maarifləndirmə işləri aparırlar.

Tərkibində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının da olduğu 32 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirirlər. Mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhaliyə karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə edilir.

Reyd və maairfləndirmə tədbirləri xüsusilə şəhərdə fəaliyyət göstərən  ticarət obyektləri, ərzaq mağazaları, marketləri əhatə edir. Bu zaman sahibkarlarla, məsul şəxslərlə, habelə burada çalışan işçilərlə pandemiya şəraitində tətbiq olunan qaydalara riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunması, ara məsafənin qorunması, tibbi-gigiyenik vasitələrdən istifadə edilməsi barədə ciddi xəbərdarlıqlar edilir.

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər