Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan bayrağı işğal edilmiş bütün torpaqlarda qaldırılacaq

16 oktyabr 2020 | 16:00

 

Nə düşmən yeni deyil, nə də xisləti dəyişib. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək ermənilər üçün adi haldır. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb artıq... Əslində səbəb də bəllidir, məqsəd də. Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır, əliyalın insanları hədəf seçib, onlara qarşı amansız vəhşiliklər törədir. Məqsədi isə münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməkdir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqları, mülki şəxslər və infrasturktur atəşə tutulur, Azərbaycan Ordusu cavab atəşinə təhrik edilir. Törədilən hərbi cinayət və terror aktlarının bir məqsədi də var: insanlar arasında qorxu, təşviş yaratmaq. Lakin düşmənin atdığı bu addımlar xalqımızın əzmini qıra, Azərbaycanı dayandıra bilməz. Çünki Azərbaycan haqq yolundadır.

Azərbaycanın həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları düşməni qorxuya və təşvişə salıb. Elə olmasa idi Nikol Paşinyan Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə dəfələrlə zəng etməzdi: "O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər", - bu fikirləri Prezident İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına verdiyi müsahibə zamanı səsləndirib.

Prezident İlham Əliyev həmçinin bildirib ki, erməni ordusuna çox böyük zərər vurulub: "33 tank qənimət götürüldü. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. 200-dən çox tank, 2 "S-300" hava hücumuna qarşı qurğu, bir çox başqa texnika sıradan çıxarıldı. TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir".

Azərbaycanın tək bir istəyi var: düşmən tapdağı altında olan torpaqların işğaldan azad edilməsi. Biz hər zaman bu münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmuşuq.

Prezident İlham Əliyev: "Bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verildi, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı ver".

Bununla belə humanitar atəşkəsin elə ilk dəqiqələrindən ona əməl etməyən, Azərbaycanın cəbhə bölgəsindən xeyli aralıda yerləşən şəhərlərini, orada yaşayan mülki əhalini atəşə tutan Ermənistan öz alçaq mövqeyini bir daha ortaya qoydu.

Lakin düşmənin törətdiyi terror aktları Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.

Keçidlər