Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Hər iki valideynini itirən Nilayı doğum günü

19 noyabr 2020 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyəti erməni terroru nəticəsində hər iki valideynini itirən Nilayı doğum günü münasibətilə təbrik edib

Bu gün 11 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Gəncəni  raket atəşinə tutması nəticəsində hər iki valideynini itirən Nilay Əliyevanın doğum günüdür. Onun 2 yaşı tamam olur. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Nilayın yaşadığı ünvanda olub, onu ad günü münasibətilə təbrik ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini Səməd Tomuyev balaca Nilaya şəhər rəhbəri Niyazi Bayramovun təbriklərini çatdırıb, ona doğum günü hədiyyələrini təqdim edib. Nilaya uzun, mənalı və sağlıqlı ömür arzulayan Səməd Tomuyev bildirib ki, erməni təcavüzü nəticəsində valideynlərini itirmiş uşaq və yeniyetmələr dövlətin diqqət və qayğısı ilə əhatə olunublar və daim bu dəstəyi öz üzərlərində hiss edəcəklər.

Şəhər rəsmiləri II Qarabağ Müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Cavadov Canlar Aqil oğlunun ailəsinə də baş çəkiblər. Səməd Tomuyev ailənin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olub. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan gəncəli iş adamının dəstəyi ilə ailənin yaşadığı ev təmir edilib. Ailə üzvləri ilə söhbət edən rəsmilər, onların problemləri ilə də maraqlanıb, şəhidin övladlarına hədiyyələr təqdim ediblər. Qeyd edək ki, Cavadov Canlar Aqil oğlu özündən sonra 5 övlad yadigar qoyub.

 

 

Keçidlər