Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

ABŞ-ın məşhur radioverilişinin aparıcısı Gəncəyə səfər edib

07 dekabr 2020 | 16:00

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyası olan “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Gəncəyə səfər edib. Xarici qonaq Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Con Batçelora erməni terroru və onun nəticələri barədə məlumat verib. O bildirib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə ümumilikdə 5 dəfə Ermənistan tərəfindən atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.

Con Batçelor erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

 

 

Keçidlər