Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapıb

31 dekabr 2020 | 16:00

 

Xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edir, onların problem və  qayğıları ilə maraqlanır. Şəhid ailələri ilə görüşlər zamanı səsləndirilən müraciətlərin qısa müddət ərzində həll ediməsi üçün müvafiq addımlar atılır.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Məmmədov Anar Qəhrəman oğlunun ailəsini ziyarət edən zaman, onun qardaşı Qafar Məmmədov ixtisasına uyğun olaraq “AzerGold” QSC-də işləmək istədiyini bildirərək, köməklik göstərilməsini xahiş edib. Qafar Məmmədovun xahişi əsasında Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “AzerGold” QSC-yə məktub ünvanlanıb. “AzerGold” QSC-nin rəhbəri Zakir İbrahimov Niyazi Bayramovun şəhid qardaşının işlə təmin edilməsi ilə bağlı müraciətini müsbət qarşılayıb və Qafar Məmmədov işlə təmin edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin baçısı Niyazi Bayramov şəhid Məmmədov Anar Qəhrəman oğlunun ailəsini növbəti dəfə ziyarət edən zaman bu müjdəli xəbəri də onların diqqətinə çatdırıb. Niyazi Bayramov həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

Şəhid Anar Məmmədovun ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edib, müraciətlərinin qısa zamanda həll edildiyi üçün təşəkkürlərini bildiriblər.

Keçidlər