Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə yağan qar yollardan təmizlənir

25 fevral 2021 | 16:00

 

Gəncədə fevralın 24-dən yağan qar yollardan təmizlənir.

Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin canlı qüvvəsi və texnikası gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarından başlayaraq, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir.

MKTİB-nin rəis müavini Elşad Əsgərov bildirib ki, yağan qar ciddi fəsadlar törədməyib O, qeyd edib ki, şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib. “Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qar, ərazidən daşınır"-deyə Elşad Əsgərov əlavə edib.

Qeyd edək ki, hazırda işlər davam etdirilir.

 

Keçidlər