Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə açıq kitabxanalar istiffadəyə verilib

15 sentyabr 2021 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Kapital Bankın korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 15 sentyabr – Bilik günü münasibətilə Gəncədə növbəti sosial aksiya həyata keçirilib. Aksiya çərçivəsində  Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırılıb. Tədbir " Nizami ili"nə təsadüf etdiyi üçün Gəncə Dövlət Dram Teatrı tərəfindən  kitabxananın qarşısında  "Xəmsə" ədəbi-bədii kompozisiyası təşkil olunub.

Qeyd edək ki, açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin, təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var.

Keçidlər