Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

ADAU-da daha bir yenilik – idman zalı istifadəyə verildi

18 mart 2014 | 16:00

 

Zoomühəndislik fakültəsindəki idman zalı əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Açılış mərasimində iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək əlamətdar gün – Novruz bayramı münasibətilə kollektivi təbrik etmiş, onlara ən xoş arzularını çatdırmış, ölkə başçısı İlham Əliyevin Azərbaycanda təhsilin inkişafı, eləcə də gələcək nəslin sağlamlığı üçün  göstərdiyi diqqət və qayğıdan danışmışdır. Sonra təhsil müəssisələri rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə idman zalına baxış olmuşdur. Burada tennis, bilyard və stolüstü oyunlar üçün xüsusi otaqlar yaradılmışdır. Ən müasir trinajor qurğuları quraşdırılmışdır. Mini futbol, voleybol və basketbol oyunlarının qapalı zalında oğlanlar və qızların soyunub-geyinmə otaqları, məşqlərdən sonra duş qəbulu üçün xüsusi yer düzəldilmişdir.
İcra başçısı fakültənin kitabxanası ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, kitabxananın 640 min kitab fondu vardır. Burada elmi-texniki və bədii kitablardan həm elektron, həm də kitab şəklində istifadə etmək mümkündür.

Keçidlər