Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

BMT-nin insan hüquqları üzrə Ali Komissarlığının ekspert qrupunun üzvləri Gəncədə olublar

22 avqust 2014 | 15:00

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə  BMT-nin insan hüquqlari üzrə Ali Komissarlığının eksperləri Pavel Sulyandziğa və Pivan Selvanathan çıxış edərək inkişaf etməkdə olan ölkələrdə vətəndaş cəmiyyətinin rolu, iqtisadi-sosial və regional siyasət, insan hüquq və azadlıqlarının təşfiqi və bu istiqamətdə qəbul olunmuş proqramların icrası, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə  dəstək və sair məsələlərlə bağlı fikirlərini açıqlamış və Gəncəyə səfərlərinin məqsədi bu sahədə görülən işləri nəzərdən keçirmək olduğunu diqqətə çatdırmışlar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamladıqdan sonra BMT-nin insan hüquqları üzrə Ali Komissarlığının ekpertlərini maraqlandıran məsələlərlə bağlı qeyd edib ki, Azərbaycanın hər yerində olduğu kimi, Gəncədə də sosial-iqtisadi inkişaf sürətlə aparılır. İnsanların həyat şəraitinin yüksəldilməsi, onların sosial problemlərinin həlli dövlət başçısının daim diqqət mərkəzindədir. Şəhərdə infrastrukturun yenilənməsi istiqamətində başlanan işlər sürətlə davam etdirilir. Artıq şəhərin su və kanalizasiya sistemləri yenidən qurulur. Qaz, enerji təchizatı, rabitə xidmətində əsaslı dönüş yaradılıb. Yeni evlər inşa olunur. Bütün bunların nəticəsidir ki, son bir neçə ildə əhalinin sayı xeyli artaraq 300 mini keçib. İnsanların işlə təminatı sahəsində də xeyli iş görülüb. Yeni müəssisələr istifadəyə verilib. Hazırda şəhərdə 5 yeni müəssisənin inşası üçün hazırlıq işləri gedir. Bu müəssisələrdə 15 min nəfərin işlə təminatı gözlənilir.
BMT-nin insan hüquqları üzrə Ali Komissarlığının ekspertləri görülən bütün bu işlərdən, xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını bildiriblər.

Keçidlər