Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

VƏTƏNDAŞLAR ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ELMAR VƏLİYEVİN NÖVBƏTİ QƏBULUNDAN RAZI QALDILAR

13 sentyabr 2014 | 15:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında vətəndaşları növbəti dəfə qəbul etmişdir.

Şəhərin hüquq mühafizə orqanları və icra strukturları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Elmar Vəliyev diqqətə çatdırmışdır ki, ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq hər bir vətəndaşın arzu və təklifinə, eləcə də şikayətinə diqqətlə yanaşılır. Problemlərin həlli üçün konkret tədbirlər görülür ki, bu da insanların dövlətə və dövlətçiliyə olan etimadını artırır.
Sonra qəbula yazılmış sakinlər növbə ilə qarşılaşdıqları problemlərin həlli ilə bağlı müraciətlər etmişlər. Dam örtüyünün təmiri üçün müraciət edən Üzeyir Məmmədov və Hicran Məmmədovaya bildirildi ki, şəhərdə böyük sürətlə aparılan bu qəbildən olan quruculuq işləri tezliklə və bütünlüklə öz həllini tapacaqdır. Nizami Gəncəvi prospektinin sakini Ələddin Rəhimov yaşadığı evin yenidən inşa edilib onların istifadəsinə verildiyi üçün ailəsi adından təşəkkürünü bildirdi.
II qrup Qarabağ müharibəsi əlili Sahib Rzayevin, Eldar Kərimovun, I qrup əlil Emin Bağırovun maddi yardımla bağlı müraciətləri həllini tapdı.
Su ilə bağlı müraciətlərə cavab olaraq bildirildi ki, yeni infrastrukturun yaradılması prosesi tezliklə başa çatacaq və vətəndaşlar sutka ərzində içməli su ilə fasiləsiz təmin olunacaqlar.
Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların ailələrinə, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş insanlara yenə də xüsusi diqqət və qayğı göstərilmişdir. II qrup Qarabağ müharibəsi əlilləri Zamin Mahmudov, Eldar Kazımov və Aftandil Sadıqovu diqqətlə dinləyən Elmar Vəliyev onlara qayğı ilə yanaşaraq arzu və istəklərinin yerinə yetirilməsi üçün tapşırıqlar vermişdir.
Qəbul zamanı icra başçısı bildirdi ki, yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid və Qarabağ müharibəsi əlillərinin övladları pulsuz məktəbli forması ilə təmin olunacaqdır.
Ümumiyyətlə, qəbula gələn 100-dən artıq vətəndaşın müraciəti dinlənildi və qaldırılan bir çox məsələlər yerindəcə həllini tapdı.

Keçidlər