Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin xatirəsi Gəncədə də böyük ehtiramla yad edilib

12 dekabr 2014 | 16:00

Paytaxt Bakı ilə yanaşı Azərbaycanın bütün bölgələrində, o cümlədən Gəncə şəhərində də Heydər Əliyevin anım mərasimində böyük izdiham müşahidə olunub. Gəncədə anım tədbiri səhər saatlarından başlayıb.Gəncəlilər şəhərin baş meydanında Heydər Əliyevin abidəsi önünə toplaşıb.


Şəhər rəhbərliyi və ziyalılar, dövlət qurumlarının kollektivləri, eləcə də şəhər sakinlərinin iştirak etdiyi tədbir fenomenal şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salınaraq başlayıb.

Ulu Öndərin Gəncəyə və gəncəlilərə diqqət və qayğısı, xalqa olan yaxınlığı barədə xatırlatma verilib. Bildirilib ki, Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. Çox sayda medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və rəsmilər Ümummilli Liderin heykəli önünə çiçəklər qoyub. Dahi şəxsiyyətin ruhuna ehtiram ifadə ediblər. Şəhərin baş meydanında quraşdırılan böyük monitorda dünya şöhrətli siyasətçi, Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin həyatından bəhs edən film də nümayiş etdirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, artıq 11 ildir Ulu Öndər cismən Azərbaycan xalqından ayrılıb, lakin mənən bizimlədir və abədi olaraq da bizimlə olacaqdır. Bu gün Heydər Əliyevi sevənlər dahi şəxsiyyəti hörmət və ehtiramla yad edir.

Bu xalqın rəhbərinə məhəbbətindən, ehtiramından doğan bir həqiqətdir. Təqdirə layiq haldır ki, insanlar  Ulu Öndəri böyük ehtiram və hörmətlə yad edirlər. Heydər Əliyevin ideyaları, əməlləri və siyasəti bügün də yaşayır. Bu gün onun ideyalarını, əməllərini, siyasətini həyata keçirən məhz onun doğma övladı Prezident İlham Əliyevdir. Bu gün kurs ləyaqətlə Azərbaycan Prezidenti tərəfindən davam etdirilir.

Bildirək ki, Gəncənin baş meydanında bütün idarə, müəssisə və təşkilatların kollektivləri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər.

Keçidlər