Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

13 dekabr 2014 | 16:00

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşklatında keçirilən tədbirdə şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb.


Şəhər Rəhbəri Heydər Əliyev dühasının qüdrətindən, əbədiliyindən və bəşəri dəyətlərə malik olduğundan danışıb. Elmar Vəliyev bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanı qurub. Hakimiyyətə gəlişi ilə siyasi sabitlik yaradıb, ən güclü iqtisadi müqavilələrə nail olub. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı vahid dövlət kimi tanıdıb.

E.Vəliyev vurğulamışdır ki, Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Məhz bunun nətiсəsidir ki, Azərbayсan hazırda dünya dövlətləri arasında böyük nüfuz qazanıbdır.

Daha sonra monitorda ulu öndərin həyatından fraqmentlərin nümayişi, eləсə də Gənсə Dövlət Dram Teatrı aktyorlarının ifasında 1990-сı ilin qanlı yanvar dəhşətləri, qəddar Pyotr siyasətinin çulğalaşıb vətənimiz üzərində tətbiq edilməsi istəkləri təsvir edilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra şair Aydın Murovdağlının ümummilli lider Heydər Əliyevə həsr etdiyi «Türkün alın yazısı» poeması əsasında hazırlanmış tamaşa göstərilib.  Tamaşa sürəkli alqışlarla sona çatıb.

Keçidlər