Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənddə məskunlaşan məcburi köçkünlərlə görüşüb

17 dekabr 2014 | 16:00

Tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Xocalı  şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, şəhər və rayon rəsmiləri, Hacıkənd qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məcburi köçkünlərin həyat şəraitinin və sosial rifahının yüksəldilməsi istiqamətində qəbul olunmuş Dövlət Proqramlarının əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, bu yaxınlarda Hacıkənddə müvəqqəti məskunlaşan köçkünlər  üçün Gəncənin Kəpəz rayonu ərazisində 600 mənzildən ibarət qəsəbə salınaraq 150-yə yaxın məcburi köşkün ailəsi yeni mənzillə təmin olunub. Hazırda bu istiqamətdə tədbirlərin davam etdirildiyini bildirən icra başçısı onu da əlavə edib ki, məcburi köçkünlərin ev və məişət əşyalarının yeni mənzillərə daşınmasına yardım göstəriləcəkdir. Bir sözlə, məcburi köçkünlərin yeni ili yeni mənzillərdə qarşılamaları üçün bütün zəruri tədbirlər görülüb.
Sonra məcburi köçkün ailələrinin nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səmimi və qarşılıqlı dialoq şəklində keçən görüşdə müalicə, məşğulluq, nəqliyyat, rabitə və digər məsələlərlə bağlı səslənən müraciət və təkliflərin həyata keçirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər