Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Görkəmli dövlət və elm xadimi Mehdi Mustafayevin 100 illik yubileyi keçirildi

17 dekabr 2014 | 16:00

Dekabrın 17-də Gəncədəki Heydər Əliyev Mərkəzində görkəmli dövlət və elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət Aqrar Universitetinin ilk məzunlarından olan Mehdi Mustafayevin anadan olmasının 100 illik yubileyi keçirilmişdir.

Tədbirdən əvvəl yubiley iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra mərkəzin böyük iclas salonunda keçirilən yubiley mərasimini giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Mehdi Mustafayevin aqrar elminin, o cümlədən respublikamızda meşəçiliyin  inkişafında gördüyü işlərdən danışıb.
Görkəmli dövlət və elm xadiminin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun “M.Mustafayevin həyat və fəaliyyəti”, Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin “M.Mustafayev və XX əsrin 70-ci illərində kənd təsərrüfatının inkişafı”, Akademik Teymur Bünyadovun “M.Mustafayevin dövlətçiliyə verdiyi töhfələr”, əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov “M.Mustafayev və Azərbaycan təbiəti”, vaxtilə Mehdi Mustafayevin köməkçisi olmuş Həmzə Məlikovun “M.Mustafayev bir rəhbər və dövlət xadimi kimi”, ADAU-nun professori Zaur Həsənovun “M.Mustafayev və aqrar elmi”  mövzularında məruzələri dinlənilib. ADAU-nun tələbəsi, M.Mustafayev adına təqaüdçü Arzu Baxşəliyeva isə öz çıxışında görkəmli elm və dövlət xadiminin adına təsis olunmuş təqaüdü almasından qürur duyduğunu vurğuladı.
Yubiley gecəsində bildirilib ki, bütün işıqlı ömrünü Azərbaycanda meşəçiliyin inkişafına həsr edən Mehdi Mustafayev həm də bir çox dövlət vəzifələrində çalışıb. Onun xidmətləri dəfələrlə qiymətləndirilib. Hətta Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb.
Mehdi Mustafayevin qızı, TQDK-nın sədri Məleykə Abbaszadə onun atasının xidmətlərini yüksək dəyərləndirən tədbir iştirakçılarına minnətdarlığını bildirdikdən sonra söz alimin nəvəsi Mehdi Mustafayevə verildi. Babasının adını daşıdığı ilə fəxr etdiyini söyləyən Mehdi bütün ömrü boyu bu adın şərəfini uca tutacağına söz verdi.
Tədbirin sonunda ADAU-da Mehdi Musatafayev adına təqaüd alan iki nəfər tələbəyə görkəmli dövlət və elm xadiminin ailəsi adından hədiyyə təqdim edildi.

Keçidlər