Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanın Təbrizdəki baş konsulluğu ilə tanış olub.

13 fevral 2015 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Təbriz şəhərinə səfəri zamanı Azərbaycanın Təbrizdəki baş konsulluğu ilə tanış olub. Baş konsul Əli Əlizadə qonaqları mehribanlıqla qarşılayıb və bu görüşün tarixi əhəmiyyətini qeyd etməklə, çox əlamətdar hadisə olaraq qiymətləndirib. Gündən-günə möhkəmlənən və genişlənən işgüzar əlaqələrin hər iki ölkəyə layiqli töhfələr gətirəcəyini vurğulayıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfərin iqtisadi, elmi, mədəni əlaqələrin qurulmasına yaxşı zəmin yaratdığını söyləyib, Təbrizdən Gəncə günlərinin keçirilməsi üçün Azərbaycanın Təbrizdəki baş konsulluğu ilə birgə daha sıx işləyəcəklərini vurğulayıb.

 

 

 

   

Keçidlər