Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirib

30 oktyabr 2015 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirib
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən növbəti dəfə vətəndaşların qəbuluna yalnız problemi olanlar deyil, qaldırdığı məsələnin şəhər rəhbəri tərəfindən həllini görənlər də minnətdarlıq üçün gəlibdilər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəiyev tərəfindən keçirilən qəbulda idarə və müəssisə rəhbərləri ilə yanaşı 100 nəfərə yaxın vətəndaş iştirak edib. Yığıncaqda vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb, onların ehtiyacları qanunun tələblərinə uyğun olaraq təmin edilib.
Müraciətlər arasında məşğulluğun təmin edilməsi, sosial yardıma ehtiyacı olan insanların mənzil təminatı, sahibkarlıq fəaliyyətinə dəstək, torpaq sahəsi ilə təminat, mübahisəli məsələlərlə və kommunal xətlərlə bağlı problemlər səsləndirilib. Problemlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Digər problemlər isə aidiyyatı şəxslər tərəfindən nəzarətə götürülüb.
Qəbuldan sonra jurnalistlərin suallarını cavablandıran Elmar Vəliyev xatırladıb ki, qarşıdan gəln qış mövsümü ilə əlaqədar olaraq  Gəncə şəhərində butun  binalarin dam örtüyündə  aparılan əsaslı təmir işlər sürətləndirilib.
Elmar Vəliyev bildirib ki, bu qəbildən olan görüşlər mütəmadi olaraq keçiriləcək. İcra başçısı sakinlərin problemlərinin həlli istiqamətində lazımi addımların hər zaman atılacağına diqqət çəkib. Bildirib ki, görüşün əsas məqsədi ölkə başçısının tapşırığına müvafiq olaraq vətəndaşların firavanlığının təminatı, həyat səviyyəsinin yaxşılaşdırılması olub.

Keçidlər