Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində 22 iyul “Milli Mətbuat Günü” münasibəti ilə tədbir keçirilib

22 iyul 2016 | 16:00

Milli Mətbuatın yaranmasının 141-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncədə fəaliyyət göstərən mətbuat nümayəndələri iştirak edib. Elnur Rzayev mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arazulayıb.

O, bildirib ki, 141 il əvvəl böyük maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatı çətin və şərəfli yol keçib. Azərbaycan mətbuatı milli-mənəvi dəyərlərin qorunmasında, xalqın dünyagörüşünün formalaşmasında önəmli rol oynayıb.

Elnur Rzayev vurğulayıb ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin, onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti var. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir. Gəncə şəhərində söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Qızıl qələm mükafatının sahibi, AzTV-nın bölgə müxbiri Əhməd Qədiroğlu çıxışında qələm yoldaşlarını təbrik edib. Onlara sözlərinin kəsərli, qələmlərinin daima iti olmasını arzu edib. bildirib ki, mətbuatın inkişafına,  KİV nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.

“Новости Гянджи” qəzetinin baş redaktoru İrina Kalaşnikova isə çıxışında həmkarlarını təbrik edərək bildirib ki, bu gün dövlət və mətbuat arasında sağlam münasibətlər mövcuddur. Mətbuatın bayramı hesab edirəm ki, hamının bayramıdır. Çıxışının sonunda baş redaktor  22 iyul “Milli Mətbuat Günü”  ərəfəsində Həsən bəy Zərdabi mükafatına layiq görüldüyünü vurğulayıb. Bu mükafatın onun əməyinə verilən ən ali mükafat olduğunu bildirib.

Çıxışlardan sonra “Milli Mətbuat Günü”nün yaranmasının 141-ci ildönümü münasibəti ilə Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə bir qrup mətbuat nümayəndəsinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən imzalanmış “Fəxri Fərman”lar təqdim olunub.

Keçidlər