Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Ekoloji turizmin inkişafında gənclərin iştirakı” adlı ekoloji düşərgə başa çatıb

01 avqust 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər Turizmi” İctimai Birliyinin təşkilatçılığı ilə 2016-ci ili Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərinin Hacıkənd qəsəbəsində “Ekoloji turizmin inkişafında gənclərin iştirakı” adlı 5 günlük layihə başa çatıb.

Layihənin açılışında “Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Layihənin məqsədinin gənclər arasında ekoloji turizmin təbliği və ekoloji maarifləndirməni genişləndirmək olduğunu bildirən Ülviyyə Qəhrəmanlı qeyd edib ki, düşərgənin əsas mahiyyəti ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqidir.

Layihə çərçivəsində təşkil olunan düşərgədə gənclər açıq havada qurulan yaşayış çadırlarında qalıblar. Turizmin müxtəlif sahələri üzrə nəzəri və praktiki təlimlərdə iştirak etməklə yanaşı, atıcılıq, atçılıq, səmti müəyyən etmə, oxatma, iztapma, fərqli idman oyunları, ekstrimal gecələmə kimi macəralı fəaliyyətlər təşkil olunub.

Qeyd edək ki, eko düşərgə zamanı iştirakçılara düşərgənin salınması qaydaları haqqında nəzəri və praktiki məşğələlər də keçirilib.

Keçidlər