Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Debat Forumu keçirilib

29 noyabr 2016 | 16:00

Ümumi təlimlərdə 120 gəncin iştirak etdiyi Forumun yekun nəticələrinə görə “İmpala” komandası qalib gəlib. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Regional Debat Mərkəzinin birgə təşkilarçılığı ilə "İnkişaf etməkdə olan ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur" mövzusunda Debat Forumu keçirilib.

"Gəncə -2016 Avropa Gənclər Paytaxtı Debat Forumu" Payız Kubokunda 30 komanda Debat raundlarında iştirak edib. Debat Forumunda iştirak edən komandalarla təlim və məşqlər 5 noyabr tarixindən başlanılıb.

Bildirək ki, 26-27 noyabr tarixlərində keçirilən Forumun sonunda hər bir iştirakçısı və natiqlik dərəcəsi alan gənci sertifikatla mükafatlandırılıb. İlk üç yerin qalibi medal və kubokla təltif olunub.​

Keçidlər