Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Elmar Vəliyev Gürcüstanın Kutaisi şəhərinin meri Şota Murquliani ilə görüşüb

21 dekabr 2016 | 16:00
Görüşdə Elmar Vəliyev iki qardaş şəhər arasında elmi, mədəni əlaqələrin bundan sonra da yüksək templə inkişaf edəcəyinə əminlik ifadə edib. Bildirib ki, hər iki tərəfin münasibətlərin inkişafında maraqlı olması qardaş şəhərlərlə yanaşı ölkələrimiz və xalqlarımızın manefeyinə də xidmət edir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, Gəncə ilə Kutaisi arasındakı əməkdaşlığa yeni nəfəsin verilməsi qardaşlaşan hər iki şəhər arasında əlaqələrin yeni müstəviyə qaldırılmasına, imzalanan memorandum isə bu məqsədə çatmağa təkan verəcək.
 
Kutaisi meri Şota Murquliani festivalda iştiraka dəvət etdiyi üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə bir daha təşəkkürünü bildirib. IV Beynəlxalq Şərab Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Mer xatırladıb ki, Gəncə ilə uzun illədir ki, Kutaisi qardaş şəhərdir. Bu şəhərlərin turizm potensialı, şəhər iqtisadiyyatı, hətta əhalinin yaşam tərzində də oxşarlıqlar var.
 
Şota Murquliani Kutaisi universitetinin aqrar fakültəsi ilə Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti arasında birgə əməkdaşlığa dair işçi qrupunun yaradılmasını da müsbət qarşılayıb. Əminliklə bildirib ki, görüşün nəticələri müsbət olacaq və iki şəhər qardaş olduğunu əməli işlərlə ortaya qoyacaq.
 
Görüşdə iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov iki ali təhsil ocağının professor, müəllim və tələbələrinin əmkdaşlığını, eyni zamanda aqrar sahədən bəhs edən birgə jurnalın nəşrini təklif edib. Rektorun təklifi nümayəndə heyəti tərəfindən müsbət qarşılanıb.
 
Görüşün yekununda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
 
Keçidlər