Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Bilik Günü" münasibəti ilə "İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya"nın əsaslı təmirdən sonra açılışı olub

15 sentyabr 2017 | 16:00

 

Açılışda mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, gimnaziyanın müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. "İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya"nın direktoru Şəlalə Arxaft bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı 1961-ci ildə istifadəyə verilib. 2016-cı ilədək Sanatoriya tipli internat məktəbi kimi fəaliyyət göstərib və təhsil nazirinin  28 iyul 2016-cı il tarixli 509  N-li əmri ilə "İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya" adlandırılılıb.

 

Gimnaziya direktoru vurğulayıb ki, təhsil ocağında sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılıb. Bununla əlaqədar məktəbin yeni Nizamnaməsi də təsdiq edilib. Şəlalə Arxaft bildirib ki, 250 şagird yerlik məktəbdə tədris Azərbaycan dilində aparılır. Təhsil ocağında işçilərin sayı ümumilikdə 59 nəfərdir, onlardan 34 nəfər pedaqoji heyətdir.

 

Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Xanım İsmayılova, valideyn komitəsinin sədri Günel Kərimova yaradılan şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Açılış mərasimində təhsil nazirliyinin nümayəndəsi Həbib Kərimov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə çıxışlarında yeni dərs ili və açılış münasibətiilə kollektivi təbrik ediblər. Bildirilib ki, Gəncə şəhərində təhsilin inkişafı hər zaman diqqət mərkəzində olub. Gəncə şəhərində son illərdə məktəblərin tikintisi, əsaslı şəkildə yenidən qurulması və maddi texniki bazasının möhkəmləndirilməsi buna bariz nümunədir.

 

Təbrik nitqi ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "Bilik Günü" və gimnaziya binasının əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə yığıncaq iştirakçılarına xoş arzularını çatdırıb. Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev qeyd edib ki, son illər ərzində Gəncədə 39 məktəbdə təmir işləri aparılıb. Bundan başqa 6 peşə məktəbi əsaslı şəkildə yenidən qurulub. İcra hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, Nizami yurdunda baş verən inkişaf  Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının nəticəsidir.

 

Çıxışlardan sonra bina ilə yaxından tanışlıq olub. İcra başçısına məlumat verilib ki, məktəbin tədris korpusu və yataqxanasında  aparılan əsaslı təmir işləri nəticəsində dam örtüyü dəyişdirilib, iclas və idman zalları , 25 sinif otağı, 35 yataq otağı, şagirdlərin istifadəsi üçün yeməkxana əsaslı təmir olunub. 2 informatika, 2 laboratoriya (kimya, fizika) otağı müasir avadanlıqlarla təchiz edilib. Məktəbdə yeni istilik sistemi quraşdırılıb. 

 

Keçidlər