Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib

14 fevral 2018 | 16:00

 

Rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri rayon icra başçısı Eldəniz Xudiyev tərəfindən dinlənilib.

Vətəndaş qəbulunda işlə təminat, fərdi mənzillərin təmiri, su-kanalizasiya xətlərinin bərpası, keçə işıqlandırılması və s. məsələlər ilə bağlı problemlər səsləndirilib. Eldəniz Xudiyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib.

Əhalisi 6000 nəfərə yaxın Şıxzamanlı qəsəbəsində keçirilən səyyar qəbulda 52 nəfər müraciət etmişdir ki, onlardan işə düzəlmə ilə bağlı müraciətlər yerindəcə öz həllini tapıb.

Qəbula yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəlmişdilər.

Qeyd edək ki, Kəpəz rayonunun bütün qəsəbələrində mütəmadi keçirilən səyyar qəbullar vətəndaşların razılığına səbəb olub.

 
Keçidlər