Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə təşkil olunan "Novruz Bayramı Yarmarkası - 2018" razılığa səbəb olur

12 mart 2018 | 16:00
 

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri "Gəncə Grand Qafqaz" Ticarət Mərkəzində "Novruz Bayramı Yarmarkası- 2018" təşkil edilir. Yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev "Grand Qafqaz" Ticarət Kompleksində  olub, "Novruz Bayramı Yarmarkası"nda qiymətlərlə, o cümlədən məhsulların keyfiyyəti ilə maraqlanıblar.  Onlar  "Grand Qafqaz" Ticarət Kompleksinin bir-birindən yaraşıqlı, geniş və işıqlı mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə səmimi söhbətlər aparıblar. Sakinlərdən Adil Quliyev, Esmira Əhmədova, Fizuli İsmayılov  və başqaları rəsmilərlə həmsöhbət olub, yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.

Bildirək ki, təşkil olunan yarmarkada bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır. Burada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edirlər.

Qeyd edək ki, Gəncə şəhərində "Novruz Bayramı Yarmarkası" hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.

Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli: 

Un (50 kq)

20,60 AZN

Un (25 kq)

10.60 AZN

Un (10 kq)

4.40  AZN

Un (5 kq)

2.30AZN

Mal əti (kq-la)

8 AZN

Qoyun əti (kq-la)

9 AZN

Yumurta (ədədlə)

0.1AZN

Kartof kq

0.40 AZN

Soğan kq

0.30 AZN

Makaron (1 kq)

0.70 AZN

Vermişel (1 kq)

0.80 AZN

Final çay

1.88 AZN

Limonad (ədədlə)

0.20 AZN

Alma (1 kq)

Mandarin (1 kq)

1 AZN

1.50 AZN

Kolbasa (1 kq)

Sosiska (1 kq)

5 AZN

4.70 AZN

Bizim Süfrə mayonez (500 q)

1.87 AZN

Supersun yağ. (1.200 q)

5.30 AZN

 

 

Keçidlər