Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyəti başçısının növbəti qəbulundan vətəndaşlar razı qalıblar

14 mart 2018 | 16:00

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti vətəndaş qəbulu keçirib. Qəbula şəhərin hüquq mühafizə orqanları, icra strukturları rəhbərləri və 100 nəfərdən artıq vətəndaş qatılıb.

Qəbula yazılmış sakinlər növbə ilə qarşılaşdıqları problemlərlə bağlı şəhər rəhbərinə müraiət ediblər. Müraciətlər əsasən dam örtüyünün təmiri, torpaq sahəsi və işlə təminat, mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik, eyni zamanda kommunal problemlər-  ən əsası da qaz sayğaclarının quraşdırılması ilə bağlı olub.

İcra başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib.

Qəbulda yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəlmişdilər. Qəbuldan razılıqla gedən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbərinə minnətdarlıq ediblər.

 

13.03.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş vətəndaşların müraciətlərinə baxılmasının nəticələri:

müsbət həll olundu

53 nəfərin məsələsi

müvafiq izahat verildi

39 nəfərin məsələsi

əsassız sayıldı

2 nəfərin məsələsi

müraciət aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərildi

7 nəfərin məsələsi

İcraya götürüldü

2 nəfərin məsələsi

 

 

Keçidlər