Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar qəbul keçirib

14 mart 2018 | 16:00
 

 Avtozavod yaşayış massivində keçirilən qəbulda 60-nəfərə yaxın vətəndaş iştirak edib. Vətəndaşlar yaşayış ərazisinə xidmət göstərən 20 nömrəli avtobus sürücülərindən, binaların fasad hissə və novdanlarında olan çatışmazlıqlardan, küçə işıqlanmasından, zirzəmilərdəki antisanitar vəziyyətdən, binaların qarşısında oturacaqların olmamasından, ərazidə aptek fəaliyyətinin xidmət göstərməməsindən, işə düzəlməylə bağlı müraciətlər səsləndiriblər.

Müraciətlər rayon başçısı Nizami Hacıyev tərəfindən dinlənildi, qaldırılan problemlərin həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verildi. Vətəndaşlar səyyar qəbulların keçirilməsi və problemlərin həllindən öz razılıqlarını bildirmiş, ölkə rəhbəri İlham Əliyevə minnətdarlıq etmişlər.

Keçidlər