Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Natəvan qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulu keçirilib

14 mart 2018 | 16:00

Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev tərəfindən keçirilən qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşlar tərəfindən əsasən dayanacaqların qoyulması, küçə işıqlandırılması, işlə təminat və s. məsələlər ilə bağlı problemlər səsləndirilib.

Eldəniz Xudiyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib, işə düzəlmə və bir sıra məsələlərlə bağlı müraciətlər yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, mütəmadi keçirilən səyyar qəbullar vətəndaşların razılığına səbəb olur.

 
Keçidlər