Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

GDU-da YAP fəal gənclərə vəsiqələr təqdim edib

15 mart 2018 | 16:00
 

 "Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti qədim Gəncə şəhərində də ləyaqətlə davam etdirilir" - bu sözləri YAP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov Gəncə Dövlət Universitetinin riyaziyyat – informatika fakültəsində keçirilən tədbirdə söyləyib.

Ölkədə gedən sürətli inkişafdan, ölkə rəhbərliyinin gəncələrə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açan İsmayıl İsmayılov Yeni Azərbaycan Partiyasının xalqla dövlət arasında bir körpü olduğunu bildirib.

Ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayan fakültənin dekanı Oruc Hüseynov Gəncədə görkəmli nailiyyətlərin əldə edildiyini, qələbələrin qazanılmasında gənclərin də böyük zəhməti olduğunu qeyd edib. Universitetdə təhsilin keyfiyyətinin yüksəlməsindən söz açan Oruc Hüseynov məzunların xoş soraqlarının gəldiyini böyük fəxr hissi ilə bildirib.

YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə Azərbaycan gəncliyinin ölkə Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində yeni-yeni uğurlara imza atdığından danışıb. Bildirib ki, hər bir dövlətin qarşısında duran vəzifələrdən biri də ölkənin inkişafını, qüdrətinin artmasını təmin etməklə yanaşı, gənc nəslin sağlam ruhda yetişməsinə, dövlət quruculuğu işinə ictimai-siyasi həyata cəlb olunmasına imkan yaratmaqdır.

Universitet YAP Gənclər Birliyinin sədri Sabir Əbdürrəhmanov bildirib ki, Gəncədə gənclər üçün yaradılan imkanlar göz qabağındadır. Gəncə şəhər Partiya Təşkilatı Qərb regionunda güclü siyasi mərkəz olaraq fəaliyyət göstərir. Burada mütəmadi keçirilən görüşlər, dəyirmi masalar, diskussiylar, treninqlər, gənclərin cəlb olunduğu müxtəlif kurslar partiya üzvlərinin formalaşmasında və təşkilatlanmasında, ideya-siyasi səviyyəsinin yüksəlməsində mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda 74 fəal gəncə partiya vəsiqəsi təqdim olunub. Partiya sıralarına yeni üzv olan gənclər onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da hər bir sahədə coşqu və əzmkarlıq göstərəcəklərini söyləyiblər.

 
Keçidlər