Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə məktəbliləri "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində şimal bölgəsinə yola düşüblər

15 mart 2018 | 16:00
 

 Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup martın 15-da "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar. Heydər Əliyev Park Kompleksindəki Zəfər tağı qarşısında təhsil işçilərinin, KİV nümayəndələrinin və valideynlərin iştirakı ilə tur-aksiya iştirakçılarının, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlərin Qəbələ - Şəki- Zaqatala istiqaməti üzrə yolasalma mərasimi keçirilib.

Yolasalma mərasimində çıxış edən Gəncə şəhər İcra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin, eləcə də müstəqillik illərində qazandığı nailiyyətlərin yaxından öyrənilməsində mühüm əhəmiyyət daşıyır.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov qeyd edib ki, tur-aksiya vasitəsilə şagirdlər tədrisdə qazandıqları nəzəri biliklərini möhkəmləndirəcək, xoş səfər təəssüratları isə məktəblilərin şəxsiyyət kimi inkişafına kömək edəcək və onların mənəvi zənginliyini artıracaqdır.

Təhsil işçiləri və valideynlər şagirdlərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulayıblar. Mərasim başa çatdıqdan sonra məktəblilər və qrup rəhbərləri onlar üçün ayrılmış avtobusla şimal bölgəsinə yola düşüblər.

 

Keçidlər