Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 'Xoş gəldin Novruz' adlı şənlik keçirilib

15 mart 2018 | 16:00
 

Gəncə şəhəri N.Rəfibəyli adına 43 saylı tam orta məktəbin akt zalında Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin (İƏRM) BP-nin Cənubu Qafqaz Boru Kəmərinin maliyyə dəstəyi ilə mərkəzdən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədi ilə "Xoş gəldin Novruz" adlı şənlik keçirilib.

Tədbiri giriş sözü ilə açan UAFA Gəncə İcma Əsaslı Reabilitasıya Mərkəzinin koordinatoru Rəzalə Abbasova qonaqları salamlayaraq, tədbir iştirakçılarını "Novruz bayramı" münasibəti ilə təbrik edib. Mərkəzin gördüyü işlərdən danışan Rəzalə Abbasova qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hər il "Xoş gəldin Novruz" adlı keçirilir  və bu tipli tədbirlər mərkəzdə reabilitasiya keçən uşaqların bir çoxunun artıq normal həyata inteqrasiya edilməsinə yardım edir.

Tədbirdə mərkəzdə fəaliyyət göstərən uşaqlar xalq və xarici rəqslər, idman hərəkətləri və şeirlərlə çıxış ediblər.

Keçidlər