Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

'Ölkəmizi tanıyaq' layihəsinin iştirakçıları Gəncə ilə yaxından tanış olublar

16 mart 2018 | 16:00
 

 "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ucar və Kürdəmir rayonlarından olan şagirdlər Gəncə şəhərinə səfər ediblər. Tur-aksiyası zamanı iştirakçılar Nizami yurdunun qədim tarixi, mədəniyyət abidələri və gəzməli-görməli yerləri ilə tanış olublar.

Gəzintidə şagirdlərə Ulu öndərin Gəncəyə etdiyi səfərlərdən və Cənab İlham Əliyevin şəhərə göstərdiyi diqqət və qayğısından danışılıb. 

Məktəblilər Gəncə şəhəri ilə tanışlıq zamanı Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksində, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsində olublar.

Sonra Nizami Gəncəvi Muzeyində görkəmli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla, qədim əl-yazmaları, nəfis tərtibatla yenidən nəşr olunmuş əsərləri ilə tanış olublar. Onlar "Xəmsə"ni əks etdirən daş kitabələri maraqla seyr ediblər.

 "İmamzadə" dini kompleksi ilə tanışlıq aksiya iştirakçılarının səfər təəssüratlarını daha da zənginləşdirib.  Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş quruculuq işləri həyata keçirilib. 

Səfər çərçivəsində yeni istifadəyə verilən Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binası ilə tanış olan şagirdlər filarmoniyanın əzəmətli görünüşünə heyran qalıblar. Şagirdlər həmçinin "Gəncə Mall" ticarət mərkəzinə, Məktəblilər "Gəncəçay" park-bulvar kompleksinə də baş çəkiblər. 

Daha sonra məktəblilər "Məhsəti Mərkəzi"ində, Mirzə Şəfi Vazeh Muzeyində və Əziz Əliyev parkında olublar. Onlara muzeylər və park haqqında geniş məlumat verilib.

Şəhərin baş meydanı ilə də tanış olan məktəblilər qədim, gündən-günə gözəlləşən, müasirləşən, dünyanın aparıcı şəhərlərindən birinə çevrilən Gəncəyə səfərlərindən məmnunluqlrını dilə gətiriblər.

 
Keçidlər