Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

UTECA-da Novruz şənliyi keçirilib

19 mart 2018 | 16:00

 Azərbaycan Texnologiya Universitetində (UTECA) Novruzun gəlişi ilə əlaqədar bayram şənliyi təşkil olunub. Əvvəlcə UTECA-nın rektoru, professor Akif Süleymanov universitet kollektivini bayram münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, xalqımızın bütün dəyərlərini özündə birləşdirən Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.

Əsrlərin sınağından çıxmış Novruz bayramının bu gün dövlət səviyyəsində keçirilməsi də bunun göstəricisidir.

Rektor Akif Süleymanov daha sonra universitetin həyətində təşkil olunmuş bayram süfrələrinə, sərgi və folklor nümayişlərinə baş çəkərək kollektivin üzvlərini Novruzun gəlişi münasibətilə təbrik edib. Bayram tonqalı alovlandırıldıqdan sonra kollektiv üzvləri onun ətrafında "Yallı" rəqsi edib.

Tədbirdə həmçinin universitet əməkdaşlarına bayram sovqatı paylanıb. Təhsil və fəaliyyətində fərqlənən bir qrup tələbə və əməkdaşa, eləcə də UTECA tərəfindən Gəncə məktəbliləri arasında keçirilmiş riyaziyyat və fizika olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub.

Keçidlər