Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə '700 min ağac əkək' kampaniyası davam edir

24 mart 2018 | 16:00
Gəncə şəhərində"700 min ağac əkək" kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ziyalılar və partiya fəalları yaxından iştirak ediblər.
 
YAP fəalları bayram əhval-ruhiyyəsi ilə davam edən aksiya çərçivəsində Ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 ədəd şişburun xurma ağacı əkiblər. Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
 
Keçirilən ağacəkmə aksiyası ilə bağlı fikirlərini bölüşən YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev "700 min ağac əkək" kampaniyasının aprel ayının sonuna qədər davam edəcəyini, Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib.
 
Keçidlər