Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə abadlıq-quruculuq işləri geniş vüsət alıb

06 aprel 2018 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin Gəncəyə və gəncəlilərə olan diqqət və qayğısı nəticəsində Nizami yurdu günü-gündən gözəlləşir, qədimliyini saxlamaqla müasir şəhərə çevrilir.

Ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi Nizami yurdunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.

Gəncə şəhərində yerləşən 5 qəsəbə, 30-dan çox prospekt və küçədə istifadəyə yararsız olan kommunal xətlər yeniləri ilə əvəz olunur, sözügedən yaşayış massivlərinin küçələrinə yeni asfalt örtükləri döşənir, yolların rənglənməsi, səkilərin qaydaya salınması davam etdirilir.

Nizami yurdunda aparılar yenidənqurma və infrastruktur layihələrin hər bir gəncəlinin ürəyincə olduğunu bildirən şəhər sakinləri Talıb İsmayılov, Qaçay İsmayılov, Elşən Babayev və başqaları görülər işlərin son dərəcə keyfiyyətli olması ilə əlaqədar olaraq Prezident İlham Əliyevə sakinlər adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, görülən işlər mütəmadi olaraq davam etdiriləcəkdir.

 
Keçidlər