Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Festival Gəncədə əsl mədəniyyət hadisəsinə çevrildi-VİDEO

01 may 2018 | 16:00

 

Gəncə şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Zəriflik" Beynəlxalq Musiqi Festivalının hər günü  möhtəşəm əsərlərin ifası ilə yaddaşlara həkk olunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən "Zəriflik" Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışaraq qeyd edib ki, şəhərimizin həyatında əlamətdar hadisə baş verir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkşaf konsepsiyası, həyatın bütün sahələrində o cümlədən mədəniyyət sahəsində böyük uğurlu yol keçib. Bu siyasət bu gün ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Elmar Vəliyev bildirib ki. Prezident cənab İlham Əliyev, Birinci vitse -prezident Mehriban xanım Əliyevanın Gəncəyə, gəncəlilərə olan diqqət və qayğısı sayəsində Gəncə gündən-günə dəyişir, tarixini, keçmişini, memarlığını qorumaqla müasirləşir, gəncləşir. Şəhərimiz artıq beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Gəncədə 2013-cü ildə Madrid klubunun, Beynəlxalq Nizami Mərkəzinin üzvlərinin iştirakı ilə böyük forumlar keçirilib. 2016-cı ildə şəhərimiz Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin paytaxtı olub. Gələn ildə isə Gəncənin Avtopanın İdman Şəhəri nominasiyasına namizədliyi irəli sürülüb.

İcra başçısı Zərifə xanım Əliyevanın  xatirəsinə həsr olunan "Zəriflik" Festivalının Gəncənin mədəni həyatına yeni nəfəs, yeni həyat gətirdiyini vurğulayıb.

 

https://www.youtube.com/watch?v=1MH0vAiCVPw&t=30s
 
Keçidlər