Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

"Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək" layihəsinin təqdimatı olub

24 may 2018 | 16:00

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan "Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi" adlı layihənin icrasını həyata keçirir. 2017-ci ildən icrasına başlanılan və əsasən Azərbaycanın iki bölgəsi –Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan layihə 2020-ci ildək davam edək. 

"Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi" layihəsinin Gəncə regional komponenti Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərəcək.

Təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, BMTİP-in Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Aİ-nin Qonşuluq və Genişləndirmə şöbəsinin rəhbəri Vasilis Maragos, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev və başqaları iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qeyd edib ki, bu layihə Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək baxımından xüsusi önəm kəsb edir.

BMTİP-in Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti bildirib ki, "Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi"layihəsinin Gəncə regional komponentinin dəyəri 1 milyon dollardan artıqdır. Layihə Azərbaycanda milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Rəhbəri Səfir Kestutis Yankauskas peşə bacarıqlarının əhəmiyyətini vurğulamaqla, peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan kimi əhalisinin 40%-nin 25 yaşdan aşağı olduğu bir ölkədə təhsil, o cümlədən peşə təhsili və təlimi uzunmüddətli iqtisadi dayanıqlığa yatırılan əsas sərmayədir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev bildirib ki, layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək. Mərkəzinin göstərdiyi xidmətlər Gəncə ilə yanaşı ətraf rayonlarda peşə təhsilinin keyfiyyətini və ümumi rəqabət qabiliyyətini artırmağa kömək edəcək.

Qeyd edək ki, "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək" layihəsinin təqdimatından əvvəl Aİ və BMTİP nümayəndələri "Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi"nə baş çəkib, burada yaradılan şəraitlə tanış olublar.

 
Keçidlər