Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

"Xorev" Tibb Mərkəzinin həkimləri Gəncədə əhalinin ödənişsiz tibbi müayinəsini aparıblar

31 may 2018 | 16:00

İsrailin "Xorev" tibb mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi həkim briqadası "Xorev-Gəncə" Tibb Mərkəzində əhalinin ödənişsiz tibbi müayinəsini aparıb.

Gün ərzində 30-dan artıq sakin müayinə edilib. Onlar onkoloji, nevroloji, ginekoloji müayinələrdən keçirilib, həkim-terapevt və həkim-travmatoloqun qəbulunda olublar.

"Xorev-Gəncə" Tibb Mərkəzi bu ilin mart ayında fəaliyyətə başlayıb. Burada travmatoloq, endokrinoloq, terapevd, nevropotoloq və s. ixtisasdan olan həkimlər sakinlərə xidmət göstərirlər. Bütün müasir avadanlıqlarla təchis olunmuş tibb mərkəzində ehtiyac olduğu təqdirdə pasientlərə İsrailin "Xorev" Tibb Mərkəzinə də göndərişlərin verilməsi nəzərdə tutulub.

Keçidlər