Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi qeyd edilib

01 iyun 2018 | 16:00

Yubiley tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşıq, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze çıxış edərək, qeyd edib ki, Gürcüstanın ilk Demokratik Respublikasının Müstəqilliyi 1918-ci il 26 mayda Noe Jordanianın rəhbərliyi altında bəyan edilib. Gürcüstan xalqının tarixi seçiminin, demokratik dəyərlərinə sadiq olmasının, insan hüquqlarının qorunmasının, tolerantlıq və gender bərabərliyinin aydın nümunəsi olan İlk Demokratik Respublika cəmi 3 il fəaliyyət göstərib. O bildirib ki, bu gün Gürcüstan məqsədyönlü və güclü bir şəkildə ölkə iqtisadiyyatını, beynəlxalq əlaqələri, sosial və siyasi həyatının müxtəlif sahələrini inkişaf etdirir.

Tədbirdə Gürcüstan-Azərbaycan arasında mövcud olan əlaqələrdən də söz açılıb, iki ölkənin starteji tərəfdaş olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan-Gürcüstan arasında mədəniyyət, təhsil, səhiyyə, turizm və idman sahəsində də münasibətlər inkişaf edir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, ilk Demokratik Respublikasının 100 illiyi münasibəti ilə Gürcüstan xalqını təbrik edib. İki ölkə arasında mövcud olan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi deyən Elmar Vəliyev, Azərbaycan və Gürcüstan xalqları arasında qədim dostluq münasibətlərinin olduğunu vurğulayıb. O qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionlar arasında da qurulub. Gəncə və Kutaisinin qardaş şəhərlər olması buna misal göstərilib.

Qonaqlara Gürcüstan milli mətbəxinin təamları təqdim edilib. Gürcüstanın tarixini, mədəniyyətini, memarlığını, mətbəxini əks etdirilən fotolar nümayiş olunub.

Keçidlər