Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfiri Filip Ştalder Gəncədə olub

03 oktyabr 2018 | 16:00

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən İsveçrə səfiri Filip Ştalder, Gəncədə olmaqdan məmnunluq ifadə edib. 3 ildir ki, Azərbaycanda olduğunu deyən səfir, bildirib ki, səfərinin məqsədi bölgələri daha yaxından tanımaqdır. O Gəncə, onun tarixi, mədəniyyəti və xüsusilə də iqtisadiyyatı ilə yaxından maraqlanıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncə qədim İpək Yolu üzərində yerləşir və zəngin mədəni irsə sahibdir. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir ki, bu da öz növbəsində şəhərin turizm imkanlarını genişləndirir. Niyazi Bayramov onu da qeyd edib ki, hazırda prioritet sahələrdən biri Gəncəyə xarici investorların cəlb edilməsidir. Bu həm yeni iş yerlərinin açılmasına, həm də Gəncə iqtisadiyyatının daha da inkişafına təkan ola bilər.

İsveçrə səfiri Filip Ştalder ölkəsində ticarət və sənaye sahələrinin daim dövlətin diqqət mərkəzində olduğunu bildirib, Gəncə ilə iqtisadi sahədə əməkdaşlığın mümkünlüyündən danışıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

 

Keçidlər