Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyevin 70 yaşı tamam olur

19 oktyabr 2018 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini -  Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyevin doğum günüdür. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəhbərlik etdiyi kollektiv adından Rafiq Şəfiyevi 70 yaşı münasibəti ilə təbrik edib, ona uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıb. 

Xatırladaq ki, Rafiq İsmayıl oğlu Şəfiyev 1948-ci il oktyabrın 19-da Göygöl rayonunun Sabir kəndində anadan olub. 1967-ci ildə Bakı Energetika Texnikumunu fərqlənmə diplomu ilə bitirərək texnik-elektrik ixtisasına yiyələnib. 1967-ci ildən  1970-ci ilədək Sovetlər Birliyinin Hərbi Dəniz Donanmasında əsgəri xidmətdə olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub 1976-cı ildə oranı bitirərək mühəndis-elektrik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Gəncə Elektrik şəbəkəsində başlamaqla əvvəlcə elektrik təchizatçısı, mühəndis, boyük mühəndis işləyib. 1981-1982-ci illərdə Kəpəz Rayon Partiya Komitəsinin Sənaye, Nəqliyyat və Rabitə şöbəsində təlimatçı olub. 1982-1986-cı illərdə Gəncə şəhər Partiya Komitəsinin Sənaye, Nəqliyyat və Rabitə şöbəsində şöbə müdirinin müavini işləyib.1986-1990-cı illərdə  Gəncə şəhəri Nizami Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışıb. 1990-1991-ci illərdə Nizami Rayon Xalq Deputatları Sovetinin sədr müavini işləyib. 1991-1999-cu illərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənaye, Nəqliyyat və Rabitə şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdiri, bölmə müdiri və sektor müdiri vəzifələrində çalışıb. 2011-ci ildən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması məsələləri üzrə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavinidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Keçidlər