Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncə Tibb Kollecində olub

24 dekabr 2018 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Tibb Kollecində olub. Şəhər rəhbəri təhsil müəssisəsində yaradılan şəraitlə tanış olub, burada yeni qurulan elektron kitabxananın təqdimatında iştirak edib.

Niyazi Bayramov qeyd edib ki, kollec qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət təhsil müəssisəsidir. Bu baxımdan burada təhsilin keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Tələbələrin lazımi əyani dəsr vəsaitləri ilə təmin olunmaları olduqca vacibdir. Kollecdə yaradılan şərait də məhz buna xidmət edir.

Kollecin direktoru Mehman Rzayev bildirilib ki, iki korpusdan ibarətdir kollec binası ötən ilin oktyabr ayında əsaslı təmir olunaraq tələbələrin ixtiyarına verilib. Burada aparılan əsaslı təmir işləri nəticəsində elmi-praktik konfrans zalı müasir üslubda təmir olunub. Dərs otaqları və kabinetlər yeni əyani vasitələrlə təchiz ediliblər.

Daha sonra Gəncə Tibb Kollecində qurulan “Elektron kitabxana sistemi”nin təqdimatı baş tutub. Sistemin qurulmasında əsas məqsəd dərsliklərin tələbələr üçün əl çatanlığını təmin etməkdir.

Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Ülfanə Dadaşova deyir ki, bəzi dəsr vəsaitlərini tapmaq olduqca çətindir: “Elə dərsliklər var ki, köhnə nəşrlərdir, tapmaq çətin olur. Mövcud olan dərsliklərin əksəriyyəti isə kiril əlifbası ilə yazılıb. Quluran bu sistem biz tələbələrin işini olduqca asanlaşdırır”.

Hazırda “Elektron kitabxana sistemi”nə istifadəçi adı və şifrələri vasitəsilə sistemə daxil olub, onun imkanlarından yararlana bilərlər.

Keçidlər