Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının vətəndaş qəbulları davam edir

16 yanvar 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq vətəndaşlarla görüşür, qəbula yazılan sakinləri dinləyərək, onların problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verir.

Hər həftə olduğu ki, bu dəfə də vətəndaşların müraciətlərinə baxılıb, onların şikayət və təklifləri dinlənilib. Qəbula gələn vətəndaşlar işlə tənimat, fərdi yaşayış evinin təmiri, çoxmərtəbəli binaların dam örtüyünün dəyişdirilməsi kimi məsələlərlə bağlı müraciət ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səsləndirilən bütün mürəciətləri dinləyib. Problemlərin bir çoxu yerincədə həll olunub, digərlərinin isə araşdırılaraq aradan qaldırılması istiqamətində aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər