Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Qomel Şəhər İcra Komitəsinin sədri ilə görüşüb

28 yanvar 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus səfəri davam edir. Səfər çəçivəsində Gəncə ilə qardaşlaşmış Qomel şəhərinin İcra Komitəsində görüş baş tutub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Milli Məclisin deputatı Xanlar Fətiyev Qomel Şəhər İcra Komitəsinin sədri Petr Kiriçenko və Qomel Şəhər Deputatlar Şurasının Sədri Nikolay Kovaleviçlə görüşüblər. Görüşdə bildirilib ki, Qomel ilə Gəncə arasında əməkdaşlıq müqaviləsi 2013-cü ildə imzalanıb. O vaxtdan bu günə birgə bir sıra layihələr icra olunub.

Qomel Şəhər İcra Komitəsinin sədri Petr Kiriçenko bildirib ki, ötən ilin yanvar-noyabr aylarında Gomelin ticari dövriyyəsi 3,3 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət nəticəsində 2,5 milyon dollarlıq müsbət saldo yaranıb. Bunun da 0,12 faizini Azərbaycanla olan ticari əlaqələr təşkil edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanla Belaraus arasında güclü əlaqələrin olduğunu bildirib. O qeyd edib ki, hər iki ölkə hərbi, siyasi və mədəni müstəvidə əməkdaşlıq edir. Bu əməkdaşlıqda Gəncənin də öz payı var. Belə ki, Gəncə Avtomobil Zavodu “MAZ”la sıx əməkdaşlıq edir. Qomelə səfərin məqsədi də bu əlaqələrin genişləndirilməsidir. Niyyətimiz “Qomselmaş”la əməkdaşlıq edərək Gəncə Avtomobil Zavodunda kombayn və müxtəlif kənd təsərrüfatı texnikalarının istehsalını artırmaqdır.

Milli Məclisin deputatı, Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı inkişaf edib və ölkədə kənd təsərrüfatı texnikasına böyük tələbat var. O bildirib ki, Gəncə Avtomobil Zavodunda il ərzində 2000-nə yaxın Belarus traktoru istehsal olunur. Digər kənd təsərrüfatı texnikalarına da tələbat təxminən eyni həcmdədir. 

Görüşdə müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Qardaşlaşmış şəhərlər arasındaki əlaqələrin daha da genişləndirilməsinin önəmi vurğulanıb.

Keçidlər