Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb

04 fevral 2019 | 16:00

 

Gəncə şəhərində Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq vətəndaşlarla səyyar görüşlər davam edir. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Bağbanlar yaşayış massivinin sakinləri ilə görüşüb. Görüş “açıq mikrofon” şəraitində keçib.

İşlə təminat, ərazidə kanalizasiya sisteminin qurulması, ara küçələrdə işıq dirəkləri və lampalarının olmaması, artezyan çatışmazlığı səbəbindən bəzi küçələrdə suyun fasilələrlə verilməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Bunlarla yanaşı sakinlər silinən piyada keçidlərinin bərpasını və səkini zəbt edərək, gediş-gəlişə mane olan çayxanalar barədə tədbir görülməsini xahiş ediblər.

Niyazi Bayramov bilirib ki, Gəncə daim ölkə rəhbəri, Prezident İlham Əliyevin diqqətindədir. Şəhər rəhbəri Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Gəncədə aparılan abalıq-quruculuq işlərindən söz açıb. O bildirib ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur, bir sıra  küçələrdə asfalt örtüyü yenilənir, həmin ərazilərdə müasir işıqlandırma sistemi yaradılır. Bununla yanaşı 148 çoxmərtəbəli binan dam örtüyünü dəyişdirilb və bu işlər mütəmadi olaraq davam etdiriləcək.

Qaldırılan bir çox məsələ yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və təşkilatlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar keçirilən qəbulların sosial problemlərin həlli istiqamətində müsbət rol oynadığını bildirərək, Prezident ilham Əliyevə öz təşəkkürlərini bildirdilər.

 

 

Keçidlər