Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə 'İmamzadə' dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb

14 fevral 2019 | 16:00

Qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə dindarlar üçün ehsan süfrəsi açılıb.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov  bildirib ki,  ehsan süfrəsində qərb bölgəsində yaşayan dindarlar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, yurd-yuvalarından didərgin düşən məcburi köçkün və aztəminatlı ailələr iştirak edib. Hacı Tahir həmçinin Gəncə Uşaq Evinin sakinləri üçün də ehsan payı göndərildiyini qeyd edib.   

Minə yaxın insanın iştirak etdiyi ehsanda öncə  imamlarımızın ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.

Keçidlər