Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu baş tutub

01 mart 2019 | 16:00

 

Vətəndaşlar mütəmadi olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən qəbul edilirlər. Təşkil  olunan vətəndaş qəbullarında onların problemləri dinlənilir, qısa müddətdə aradan qaldırılması üçün göstərişlər verilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərin şikayət və təkliflərini dinləyib. Bu həftə qəbula gələn vətəndaşlar arasında işlə təminat bağlı müraciət edənlər üstünlük təşkil edib. Bununla yanaşı fərdi yaşayış evinin təmiri, növbəlilik əsasında torpaq sahəsinin ayrılması və digər məsələlər sakinlər tərərfindən dilə gətirilib. Niyazi Bayramov səsləndirilən problemlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Hörmətli media nümayəndələri, 4 mart 2019-cu il saat 10:00-da Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas zalında “2018-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabatı dinləniləcək. Hər birinizin iştirakı xahiş olunur.

 

Keçidlər