Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov sakinləri qəbul edib

30 aprel 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Qəbulda sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərə aydınlıq gətirilib.

Fərdi yaşayış evinin təmiri və çoxmərtəbəli binalarda dam örtüklərinin bərpası bu dəfəki müraciətlərin əsasını təşkil edib. Şikayətlər arasında su və mavi yanacaqla bağlı məsələlər də yer alıb. Dərman preparatlı ilə təminat üçün də müraciət edənlər olub.

Sakinlərin müraciətlərinə fərdi şəkildə baxılıb. Bəzi məsələlər yerindəcə öz həllini tapıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səsləndirilən bir sıra problemlərin isə araşdırılması və qanuna uyğun şəkildə həll olunması istiqamətində tapşırıqlar verib.

Keçidlər