Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

05 iyun 2019 | 16:00

Gəncənin “Qrand Qafqaz” ticarət kompleksində Ramazan bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə qurulan yarmarkada keyfiyyətli məhsullar sərfəli qiymətə təklif edilib. Burada əsasən Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. Bazar qiymətindən aşağı kənd təsərrüfatı məhsulları, inək, qoyun və quş əti, un məmulatları, kolbasa və sosiskalar, müxtəlif çeşiddə yağlar, çaylar, tərəvəz, meyvə və s. məhsullar alıcılara təqdim olunub.

Ətraf rayonların - Samux, Göygöl, Şəmkir və Gədəbəyin fermer təsərrüfatları, eləcə də Gəncə sahibkarlarının yarmarkaya çıxardıqları məhsulları böyük həvəslə alan sakinlər, istər məhsulların keyfiyyətindən və istərsə də qiymətlərindən razı qaldıqlarını bildiriblər.

Ayrılan yer müasir standartlara uyğun formada təşkil olunub, istehlakçılar və fermerlər üçün əlverişli ticarət mühiti yaradılıb. Yarmarkadakı bütün məhsullar keyfiyyətinə nəzarət olunmaqla satışa çıxarılıb.

 

 

Keçidlər