Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “20 Yanvar” faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümümşəhər tədbiri keçirilib

20 yanvar 2020 | 16:00

Gəncədə ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.  Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş,  üzərində 90 nəfərin adları yazılmış abidə ziyarət olunub, güllər qoyulub.

Daha sonra şəhər rəhbəri Niyazi Bayramov  tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Saat 12:00-da avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə səs siqnalları verilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçıları şəhid məzarlarını ziyarət ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Qeyd edək ki, Qanlı Yanvar hadisələrindən 30 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.  Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

 

 

Keçidlər